Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində təmizlik işləri görülüb 

22:19 04.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində ilkin genişmiqyaslı təmizlik işləri aparılıb.

Qalanın və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə həmin ərazinin, o cümlədən Comərd Qəssab türbəsinin ətrafı məişət tullantılarından təmizlənib, yeni məlumat lövhələri quraşdırılıb. Həyata keçirilən işlərə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları ilə yanaşı, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun və AMEA-nın mütəxəssisləri də cəlb olunublar.

Bununla yanaşı, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin mərkəzində ucaldılan Nizami Gəncəvinin abidəsi də restavrasiya edilib. Abidənin restavrasiyasına Əməkdar rəssam Şərif Şərifov rəhbərlik edir.

Sosial rubrikasından digər xəbərlər